Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın yaşadığı evdə axtarış aparılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ermənistanın “Qraparak” qəzetinin məlumatına görə, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri olmuş David Tonayanın evində axtarış aparıldıqdan sonra saxlanılıb.

Qəzetin yazdığına görə, Tonoyandan sonra növbə keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahınn keçmiş rəisi Yuri Xaçaturovundur.

Qeyd edək ki, D.Tonayan 2020-ci il noyabrın 10-da atəşkəs haqqında bəyanat imzalandıqdan bir müddət sonra vəzifəsindən uzaqlaşdırılıb.

Yada salaq ki, 2019-cu ilin yayında Ermənistanın müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə – yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün tağımların sayını artırmalıyıq”. Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışıb və yeni səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”.

Öncəki xəbərRəcəb Təyyub Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqları məhsuldar adlandırıb
Sonrakı xəbərİşğaldan azad edilmiş Cəbrayılda daha 4 erməni hərbçinin qalıqları tapılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın