Ermənistan Respublikasının keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, keçmiş nazir Ermənistan İstintaq Komitəsi tərəfindən AOKS şirkəti ilə bağlı maxinasiyalarda günahlandırılır.

Eyni iş çərçivəsində həmçinin Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan da ittiham olunur.

Ermənistan Cinayət Məcəlləsinin “Xüsusən külli miqdarda qanunsuz yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması” maddəsi ilə cinayət işi üzrə təqsirləndirilən Armen Smbatyan və Qor Davtyanla bağlı istintaq başa çatıb. Cinayət işi ittiham aktı ilə birlikdə məhkəməyə təqdim edilməsi üçün vəsatətlə prokurorluğa göndərilib.

Eyni iş üzrə təqsirləndirilən Asmik Poqosyanın istintaqı davam edir. O, axtarışa verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın