Ermənistan ordusunun 2003-cü il təvəllüdlü əsgəri Senik Saakyan güllə yarası alaraq ağır durumda hospitala yerləşdirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə dekabrın 8-i saat 23:50 radələrində ölkənin cənub-şərqində yerləşən hərbi bölmələrin birində baş verib. İlkin məlumatlara görə, S.Saakyanı xidmət yoldaşı güllələyib. Yaralının durumunun kritik olduğu bildirilir.

Qeyd edək ki, özbaşınalığın hökm sürdüyü Ermənistan ordusunda əsgərlərə qarşı zorakılıq və cinayətlərlə bağlı faktların sayı getdikcə artmaqdadır.

Öncəki xəbərŞuşanın Daşaltı kəndi yaxınlığında mina partlayışı nəticəsində 2 nəfər həlak oldu
Sonrakı xəbər“3+3 platforması”nın ilk toplantısı dekabrın 10-da Moskvada keçiriləcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın