Dekabrın 10-da Rusiyan Federasiyasının paytaxtı Moskvada “altılıq platforması”nın (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) ilk toplantısı keçiriləcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumatı yayıb.

Məlumatda deyilir ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk toplantısı 10 dekabr 2021-ci il tarixində Rusiya paytaxtında baş tutacaq.

Toplantıya Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılacaq. Məlumatda həmçinin qeyd olunur ki, Türkiyəni toplantıda Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal təmsil edəcək.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə Trend-ə bildirib ki, toplantıda ölkəmizi xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Gürcüstan “3+3 platforması”nın ilk toplantısına qoşulmayacaq

Gürcüstanın Xarici İşlər Nazirliyi “3+3 platforması”nın toplantısına qoşulmayacağı ilə bağlı məlumat yayıb.

“Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstan dekabrın 10-na təyin edilmiş toplantıda təmsil olunmayacaq”, – deyə nazirliyin bəyanatında bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyi qeyd edir ki, rəsmi Tbilisi bu məsələ ilə bağlı öz mövqeyini artıq bir neçə dəfə səsləndirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın