Bir həftə öncə Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya çağırılan Ermənistanın keçmiş prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Köçəryana ölkədən çıxmaq qadağan olunub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məlumatı Ermənistan mətbuatı yayıb.

Birinci instansiya məhkəməsi R.Köçəryanın ölkədən getməsinə razılıq verməyib. Məhkəmənin qərarında deyilir ki, indi R.Köçəryanın rüşvət iddiası ilə mühakiməsi davam etdiyindən, eks-prezident ölkədən çıxa bilməz.

R.Köçəryanın başçılıq etdiyi “Ermənistan bloku”nun bəyanatında deyilir ki, məhkəmə qərarı siyasi sifarişlə çıxarıb.

Qeyd edək ki, Rusiyanın hakim partiyası Köçəryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırmışdı.

Öncəki xəbərNikol Paşinyan İbrahim Rəisi ilə Gorus-Qafan yolunu müzakirə etdi
Sonrakı xəbərAB-nin xüsusi nümayəndəsi: 30 illik işğal Ağdamda dərin izlər buraxıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın