Ermənilər Rusiya sülhməramlılarını aldatdı: Şuşanın su borusu partladıldı

Xankəndidəki erməni separatçıları növbəti dəfə əsl simasını nümayiş etdirdilər. Ermənilərin təxribat qrupu Xankəndidən Şuşaya gedən sonuncu su borusunu partlatdı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Axar.az-a rusiyalı hərbi ekspert Oleq Kuznetsov Rusiya sülhməramlıları içindəki mənbələrinə istinadən xəbər verib.

Bildiyimiz kimi, dünən Rusiyada “Sülhməramlı günü” keçirilirdi. Bu tarixdən yararlanan Xankəndinin qondarma “meriyası” Rusiya sülhməramlılarının şərəfinə tədbir təşkil edib. Özəlliklə, şəhərin “meri” Rusiyanın Sülhməramlı Qüvvələri komandanının müavini ilə ünsiyyətdə olub, ona dəyərli hədiyyələr də verib.

“Bundan sonra, təbii ki, Rusiya sülhməramlıları arxayınlaşıb, öz döyüş vəzifələrində lazımi sayıqlığı göstərməyib və bunun nəticəsində ermənilərin təxribat qrupu Xankəndidən Şuşaya aparan su kəmərini partladıb. Şəhər susuz qalıb. Bununla ermənilər Rusiya sülhməramlılarına böyük mənəvi zərbə vurdu”, – deyə Kuznetsov deyib.

Onun sözlərinə görə, bu, Rusiya sülhməramlıları üçün çox ciddi praktiki və mənəvi dərsdir:

“Onlar bundan sonra başa düşməlidilər ki, erməninin yanında rahatlanmaq olmaz. Onlar düşünməməlidirlər ki, ermənilər onların dostlarıdır, guya onlar erməniləri azərbaycanlılardan müdafiə edirlər.

Sülhməramlılar nəzarət etdikləri ərazidə sülhü və əmin-amanlığı dəstəkləyirlər. Bu sülh və qanun-qaydanı, ilk növbədə, azərbaycanlılar deyil, ötən gecə olduğu kimi ermənilər pozacaq. Rusiya sülhməramlılarının arxayınlaşmasından istifadə edəcək ermənilər Azərbaycanın Qarabağ regionunun azad edilmiş ərazilərinə maksimum iqtisadi ziyan vurmaq niyyətindədirlər.

Onlar bunu yalnız ona görə edə biliblər ki, Rusiya sülhməramlıları ermənilərin nizam-intizamına inanıblar. Ermənilərin hiylələrinə qarşı döyüş hazırlığının səviyyəsini aşağı salaraq, sülhməramlı missiyanın protokolunun tələblərini yüz faiz yerinə yetirməkdən imtina edərək, öz peşə bayramlarını qeyd etmək qərarına gəliblər.

Düşünürəm ki, Rusiyanın siyasi rəhbərliyi müvafiq nəticələr çıxarmalıdır. Düşünürəm ki, bu, yalnız sülhməramlı missiyanın miqyasındakı ciddi insident deyil, həm də Rusiya Sülhməramlıları Komandanlığının tabeliyində olanların fəaliyyətinə düzəlişi üçün ciddi əsasdır”, – deyə ekspert vurğulayıb.

ERMƏNİLƏR RUSLARI ALDATDI: ŞUŞANIN SU BORUSU PARTLADILDI – TƏCİLİ

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir