Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin azı 10 yüksək rütbəli hərbi qulluqçusu öldürülüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Öldürülənlər arasında dörd general-mayor, üç polkovnik və üç polkovnik-leytenant var. Qeyd edilir ki, döyüşlərdə general-mayorlar:

  • Maqomed Tuşayev,
  • Vitali Gerasimov,
  • Andrey Kolesnikov,
  • Andrey Suxovetski,

Polkovniklər: 

  • Andrey Zaxarov,
  • Sergey Poroxnyu,
  • İqor Nikolayev,

Polkovnik-leytenantlar: 

  • Yuri Aqarkov,
  • Dmitri Sofronov,
  • Mixail Yermolin öldürülüblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Rusiyanın Ukraynaya hücum üçün istifadə etdiyi hərbi kontingentin 40 faizini məhv edilib: “2022-ci ilin martın 15-nə düşmənin Ukrayna ərazisindəki “əməliyyata” cəlb etdiyi bölmələrinin 40 faizi tam məhv edilib, ya da döyüş bacarığını itirib”.

Qeyd olunub ki, Rusiya hərbi rəhbərliyi Rusiya Federasiyası ərazisindəki ali hərbi təhsil müəssisələrinin kursantlarının sonradan Ukraynaya qarşı hərbi əməliyyatlara cəlb olunması məqsədilə vaxtından əvvəl məzun edilməsi ilə bağlı qərar qəbul edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın