Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu təlxək adlandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Fransa Respublikasının dövlət başçısı La-Manş boğazında miqrasiya böhranı fonunda açıqlama verib.

Makronun sözlərinə görə, Conson böyük bir ölkəni idarə edir, ancaq özünü qeyri-ciddi aparır.

“Birlikdə çoxlu işlər görə biləcəyimiz böyük ölkənin başında təlxəyi görmək çox üzücüdür”, – deyə prezident bəyan edib.

Buna cavab olaraq, Consonun sözçüsü hər iki ölkə rəhbərliyinə daha çox insan itkisinin qarşısını almaq üçün böhranın həllinə diqqət yetirməyi tövsiyə edib.

Qeyd edək ki, Consonun Makrona yazdığı və qeyri-qanuni miqrasiya ilə mübarizə aparmağı təklif etdiyi məktubunu açıq şəkildə yaymasından sonra Fransa və Britaniya liderləri arasında münasibətlər pisləşib. Makron Consonun işə yanaşmasını tənqid edib və qeyd edib ki, ölkə liderləri bir-biri ilə “Twitter” vasitəsilə, ya da məktubların dərci ilə təmas qurmurlar.

Öncəki xəbərAR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli hesab edir
Sonrakı xəbərDSX-nin yarıtmaz informasiya siyasəti və helikopter qəzasının üzə çıxardığı həqiqət
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın