Əlcəzair Fransa hərbi təyyarələrinin öz hava ərazisi üzərindən uçmasını qadağan edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Fransalı hərbçilər Malidə “Barhan” əməliyyatınə məhz Əlcəzairin hava məkanından istifadə etməklə həyata keçirirdilər.

Fransa 2013-cü ildən bəri Malidə olan silahlı qruplara qarşı müntəzəm hərbi əməliyyatlar həyata keçirir.

Qeyd edək ki, Əlcəzair və Paris arasında əlaqələr Fransa Prezidenti Emmanuel Makronun keçmiş müstəmləkələrlə bağlı çıxışından sonra kəskinləşib.

E.Makron cümə axşamı Əlcəzairdə müstəqillik uğrunda mübarizəyə qarşı döyüşmüş fransızların nəvələri ilə görüşdə deyib ki, Əlcəzairin rəsmi tarixi həqiqətlərə əsaslanaraq deyil, Fransaya nifrət üzərində yazılıb.

Əlcəzair bunu ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirib və Parisdəki səfirini məsləhətləşmək üçün geri çağırıb.

Qaynaq: “Figaro” dərgisi

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın