“PSJ” klubunun hücumçusu Neymar biznes və futbol üzrə araşdırmalar aparan “KPMG Football Benchmark” interaktiv platformasının versiyasına görə, dünyanın ən bahalı futbolçusu olub. 

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, 2019-cu ilin yanvarına görə, 26 yaşlı futbolçu 229 milyon avro qazanıb. 

İlk üçlüyə onun klub yoldaşı Kilian Mbappe (215 milyon avro) və “Barselona”nın forvardı Lionel Messi (203 mln. avro) düşə bilib.

“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo siyahıda 12-ci olub (107 mln. avro). 

Dünyanın ən bahalı Top-10 futbolçusu bunlardır:

1. Neymar (PSJ) – 229 mln. avro

2. Kilian Mbappe (PSJ) – 215 mln. avro

3. Lionel Messi (“Barselona”) – 203 mln. avro

4. Məhəmməd Salah (“Liverpul”) – 168 mln. avro

5. Harri Keyn (“Tottenhem”) – 151 mln. avro

6. Eden Azar (“Çelsi”) – 148 mln. avro

7. Kevin de Bröyne (“Mançester Siti”) – 129 mln. avro

8. Antuan Qrizman (“Atletiko”) – 126 mln. avro

9. Pol Poqba (“Mançester Yunayted”) – 119 mln. avro

10. Filippe Koutinyo (“Barselona”) – 118 mln. avro

Öncəki xəbərProkurorluq Dəniz Çakır haqqında istintaq başlatdı
Sonrakı xəbərEurovision Song Contest 2019 loqotipinin tanıtımı oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın