Man Reyin “Enqrin skripkası” əsəri “Christie’s” hərracında rekord qiymətə – 12,4 milyon dollara satılıb.

YALAN.info bildirir ki, əsər hərraca çıxarılan tarixin ən bahalı fotoşəkili olub.

Amerikalı sürrealist rəssamın 1924-cü ildə çəkdiyi ağ-qara şəkildə çılpaq qadın bədəni skripkaya çevrilib. Şəkildə Man Reyin ilham pərisi Kiki de Montparnas əks olunub.

Bildirək ki, bundan öncə dünyanın ən bahalı fotoşəkli Andreas Qurskinin 2011-ci ildə 4,4 milyon dollara alınmış “Reyn II” əsəri sayılırdı.

Öncəki xəbərAğ Evin yeni Mətbuat katibi: Mən qaradərili, lezbiyan və immiqrantam
Sonrakı xəbərUkrayna Prezident Ofisi: Rusiya ilə danışıqlar dayandırılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın