Azərbaycan prezidenti İlham Əliyevin uyğun fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

Bu barədə Report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Şöbə müdiri xatırladıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial sığorta və pensiya siyasəti şöbəsi yaradılıb.

Bununla əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində aparılan dəyişikliklərlə, əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsinin təmin olunması nazirliyin fəaliyyət istiqamətləri sırasına daxil edilib. “Sosial sığorta və pensiya siyasəti şöbəsi də müvafiq sahədə vəzifələrin yerinə yetirilməsini, o cümlədən sosial sığorta və pensiya sistemi ilə bağlı normativ hüquqi aktların, aidiyyəti fəaliyyət sahələri üzrə proqram və layihələrin, təlimatı-metodiki göstərişlərin işlənib hazırlanmasını, təkliflərin verilməsini təmin edəcək. Şöbənin müdiri vəzifəsinə əvvəllər Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsində çalışmış Çingiz Əliyev təyin olunub”.

Öncəki xəbərYalan sindromu, ya da ən məşhur yalançı Baron Münhauzen
Sonrakı xəbərÖzümə Yalandan Danışandan Bu Yana Heç Kəsə Güvənmirəm
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın