Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa Birliyi diplomatiyasının rəhbəri Josep Borreli axmaqlıq üzrə “böyük mütəxəssis” adlandırıb.
YALAN.info bildirir ki, Rusiya aprel ayında Birləşmiş Millətlər Təşkilatı (BM) Təhlükəsizlik Şurasına sədrlik edir.
Belə ki, o, Borrelin Rusiyanın aprelin 1-də BMT Təhlükəsizlik Şurasına sədrliyi öhdəsinə götürməsinin “axmaqlar gününə uyğun gəlməsi”lə bağlı sözlərini şərh edib. Medvedev Borrelin 1 Aprel Axmaqlar Günü üzrə böyük ekspert olduğunu bildirib. “Bu, onun günüdür”, – siyasətçi vurğulayıb.