Çelsi futbol klubu İngiltərə Premyer Liqasında XII turun oyununu keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, “zadəganlar” səfərdə Vest Bromviçlə üz-üzə gəlib.

Görüş qonaqların böyükhesablı qələbəsi ilə sonlanıb: 0-4. Hesabı 17-ci dəqiqədə Alvaro Morata açıb. Bundan 6 dəqiqə sonra Eden Azar fərqi artırıb. 38-ci dəqiqədə Markos Alonso üçüncü qolu vurub. 63-cü dəqiqədə isə Azar “dubl” edərək, oyunda son nöqtəni qoyub.

https://www.youtube.com/watch?v=epShi0q5ty8

West Brom vs Chelsea 0-4 – All Goals & Highlights – 18/11/2017 HD

Bununla da xallarının sayını 25-ə çatdıran Çelsi 2-ci yerə yüksəlib. 10 xalı olan Vest Bromviç isə 17-ci yerə enib.

Yada salaq ki, Çelsi sıradakı oyununu noyabrın 22-də Bakıda Qarabağ FK-na qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın