Cənubi Afrika Respublikasının (CAR) şimalında yerləşən Limpopo bölgəsində avtobusla yolsuzluq avtomobilinin toqquşması nəticəsində 18 nəfər ölüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, hadisəyə Toyota markalı yolsuzluq avtomobilinin təkərinin partlaması səbəb olub.

Hadisə yanvarın 11-i axşam saatlarında baş verib. Təkəri partlayan Toyota SUV markalı yolsuzluq avtomobilinin sürücüsü idarəetməni itirib və 22 nəfərlik avtobusuna çırpılıb. Toqquşma nəticəsində avtobus alovlanıb və içərində sıxışıb qalmış 11 nəfər yanaraq ölüb. Yolsuzluq avtomobilinin sürücüsü də həyatını itirib.

Ağır yaralanan 6 nəfər də həyatı itirib və yalnız 2 nəfəri yüngül yaralarla xilas etmək mümkün olub.

MƏNBƏThe Citizen
Öncəki xəbərPutin Omikron ştamının yayılmasına görə Rusiyanın çətin durumda olduğunu bildirdi
Sonrakı xəbərLegiya bəyanat yaydı: Mahir Emrelinin vəkilinin dedikləri yalandır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın