Bir qrup turist qəzəbli fillərin hücumuna məruz qalıb. Olay Afrikanın cənubundakı “Krugir” Milli Parkında baş verib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Cənubi Afrika Respublikasında safariyə qoşulan macəra axtaranlar fil sürüsü ilə qarşılaşıblar.

Nəhəng heyvanlar yaşayış yerlərində “yadelliləri” görməkdən məmnun qalmayıb. Onlardan biri irəli atılaraq xortumu ilə safari maşınını itələməyə başlayıb.

Bu zaman insanlar arasında böyük panika yaşanıb. Yalnız fil uzaqlaşdıqdan sonra onlar avtomobildən çıxaraq qaçıblar.

Möcüzə nəticəsində, filin hücumu nəticəsində xəsarət alan olmayıb. Ancaq safari avtomobilinə ciddi ziyan dəyib.

Safaride panik – atv Haber 30 Kasım 2021
Öncəki xəbərLavrov: ABŞ-ın Rusiyanı hər tərəfdən mühasirəyə almasını bütün məktəblilər bilir
Sonrakı xəbərMəşhur astroloq Məryəm Teymurun 2022-ci il proqnozu: Azərbaycanı nələr gözləyir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın