Böyük Britaniya Ukraynaya 100 milyon funt-sterlinq (130 milyon dollar) dəyərində müasir silah və hərbi texnikanın yeni partiyasını göndərəcək.

YALAN.info bildirir ki, bununla bağlı Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

Partiyaya yüksək səviyyəli silahlar, o cümlədən səsdən üç qat sürətlə hərəkət edən “Starstreak” zenit raketləri, 800 tank əleyhinə raket və səmada uça bilən, işarələnməyi gözləyən dəqiq idarə olunan döyüş sursatları daxildir.

Ukrayna hərbçiləri, həmçinin Böyük Britaniyadan bədən zirehləri, dəbilqələr və gecəgörmə eynəkləri alacaqlar.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərPakistanın baş naziri etimadsızlıq halında müxalifəti tanımamaqla hədələyib
Sonrakı xəbərPentaqon Kramatorskdakı raket hücumunun Rusiya tərəfindən olduğunu təsdiqlədi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın