Bu gün Avstraliya və Kanadanın ardından Böyük Britaniya da 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşuldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ölkənin baş naziri Boris Conson bəyan edib.

“Biz əslində Pekin Qış Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulacağıq. Belə ki, heç bir britaniyalı naziri, ya da rəsmi şəxs müvafiq tədbirlərdə iştirak etməyəcək. Mən şəxsən idman tədbirlərinin boykot edilməsinin məqsədəuyğun olduğuna inanmıram. Ancaq bu, Britaniya hökumətinin siyasəti olaraq qalır”, – deyə Conson bildirib.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Çindəki insan haqları cinayətləri ilə bağlı Pekin 2022 Qış Olimpiadasını diplomatik boykot edəcəyini açıqlayıb.

Öncəki xəbərUkrayna prezidentinin sözçüsü Sergey Nikiforov: Türkiyənin danışıqlara qatılmasına razıyıq
Sonrakı xəbərİrəvan Bakının dəhlizlə bağlı qoyduğu qrafik şərtlərinə razılaşmalı olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın