Kiyevin mövqeyi ondan ibarətdir ki, Ukrayna münaqişənin çözümü baxımından səmərəli olacaq danışıqların istənilən formatını dəstəkləyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlamasında bildirib.

“Biz Rusiya ilə birbaşa danışıqların tərəfdarıyıq. Türkiyənin iştirakı ilə danışıqlara da razıyıq. Normandiya üstəgəl ABŞ variantı da uyğundur. Başlıca məsələ odur ki, bu əməli nəticələr versin”, – deyə o bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın