İngiltərə Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinlə Moskva və Kiyev arasında gərginliyin azaldılmasını müzakirə edəcəyini bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Böyük Britaniyalı baş nazir məsələ ilə bağlı Putinə demək istədiyi sözlərinin olduğunu söyləyib.

“Prezident Putinə deyəcəyəm ki, hamımız müharibə düşüncəsindən uzaqlaşmalıyıq. Düşünürəm ki, Rusiya müharibənin astanasından uzaqlaşmalıdır. Rusiyanın 2014-cü ildə artıq ələ keçirdiyi ərazilərdən qıraqda Ukraynaya qarşı istənilən işğalçı addım dünya və hər şeydən öncə Rusiya üçün mütləq fəlakətli olacaq”, – Conson vurğulayıb.

Conson Putinlə telefon danışığından başqa yaxın günlərdə regiona səfər etməyi planlaşdırır. Söhbət Şərqi Avropa ölkələrindən gedir. Ancaq onun hansı ölkələrə səfər etmək niyyətində olduğu bildirilməyib.

Öncəki xəbərPavel Solox: Polşa Ukraynaya on minlərlə silah göndərəcək
Sonrakı xəbərBella Hadid: Özümü ailənin utanc mənbəyi kimi duyurdum
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın