Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukraynalı qaçqınların sayı 5,5 milyona çatıb.

YALAN.info bildirir ki, bununla bağlı BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığından məlumat verilib.

Qeyd olunur ki, 1 may tarixinə Ukraynanı toplamda 5 563 959 nəfər tərk edib. Onların böyük hissəsi (üç milyondan çox) Polşaya gedib. Rumıniyaya qaçqın kimi yollanan ukraynalıların sayı 825 mindən çox, Rusiyaya yollananların sayı 681 mindən artıq olub.

Bundan başqa, Macarıstana 530 min, Moldovaya 447 min, Slovakiyaya 379 min, Belarusa isə 25 mindən artıq ukraynalı gedib.

Eyni zamanda 1 357 500 nəfər fevralın 28-dən bu yana Ukraynaya qayıdıb.

MƏNBƏBirləşmiş Millətlər Təşkilatı
Öncəki xəbərUNESCO: Rusiya hərbçiləri Xersonda kurqanları dağıdır
Sonrakı xəbərƏrdoğan 1 milyon suriyalının geri qaytarılması layihəsini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın