Amerikalı pop-müğənni Teylor Svift (Taylor Swift) rəsmən milyarder elan olunub.

YALAN.info bildirir ki, bununla bağlı “Bloomberg” agentliyi yazır.

Agentliyin verdiyi məlumata görə, 33 yaşlı sənətçinin ümumi sərvəti “Eras” musiqi turu sayəsində indi 1 milyard dollar həddini keçib.

Qeyd olunur ki, Sviftin bu yay baş tutan qastrolları da həmçinin ölkənin ÜDM-ni 4,3 milyard dollar artıraraq, ABŞ iqtisadiyyatının güclənməsinə kömək edib.

Məlumdur ki, onun çıxış etdiyi şəhərlərdə ictimai nəqliyyatda sərnişin axını kəskin şəkildə artıb və otellərdı yer tapmaq mümkün olmayıb.

“Svift bu statusu yalnız musiqisi və çıxışları ilə əldə edən bir neçə sənətçidən biridir”, – deyə “Bloomberg” yazıb.

KİMElisabeth Ponsot
MƏNBƏBloomberg
Öncəki xəbərSəlcuq Bayraktar: TB3 cümhuriyyətimizin 100 illiyinə hədiyyə olsun
Sonrakı xəbərAraşdırma: Fransanın mədəniyyət nazirinin İrəvan səfəri ilə Paris nəyə hazırlaşır?
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın