FIFA 2020-ci ilin “Ən yaxşı” futbolçusunun adını açıqladı: bu Almaniyanın “Bavariya” klubun hücumçusu və Polşa millisinin kapitanı Robert Levandovskidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Almaniyanın “Bavariya” klubunun polşalı futbolçusu Robert Levandovski karyerasında ilk dəfə “ən yaxşı” adına layiq görülüb. O, siyahıda “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un portuqaliyalı hücumçusu Kristiano Ronaldonu qabaqlayıb.

Qeyd edək ki, Levandovski bu il “Bavariya”nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.

Almaniya millisi və “Bavariya” klubunun daha bir oyunçusu – Manuel Neuer isə 2020-ci ilin Ən Yaxşı Kişi Qapıçısı seçildi.

Bu isə 2020-ci ilin ən yaxşı qoludur:

Son Heungmin Goal | FIFA Puskas Award 2020 Winner
Öncəki xəbərElxan Şahinoğlu: Rusiya sülhməramlıları Qarabağda niyə ermənilərə ev tikir?
Sonrakı xəbərPrezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının toplantısında çıxış edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın