Baş prokuror: Korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik

“Korrupsiyaya qarşı mübarizə çərçivəsində korrupsionerlərə qarşı daha dəqiq zərbələr endirməliyik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-yə müsahibəsində deyib.

“Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”, – K.Əliyev əlavə edib.

Ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən danışan K.Əliyev qeyd edib ki, korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox önəmlidir:

“Çünki dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyanın bərpası çox mühümdür. Bir çox işlərdə vətəndaşlara vurulan ziyanlarla bağlı vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi.

Təbii ki, bunların hər ikisi təmin edilməlidir: Həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır. Ona görə də bu sahədə tərəfimizdən priorititet istiqamət müəyyən edilməlidir.

Mən korrupsiyaya qarşı mübarizə məsələsini nəzərdə tuturam. Sistemli və məqsədyönlü şəkildə fəaliyyətimiz həyata keçirilməlidir. Ümid edirəm ki, belə də olacaq”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir