Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Nəcməddin Quliyevin arzusu yerinə yetirilib.

YALAN.info bildirir ki, Yardımlı rayonundan olan Nəcməddin Quliyev şəhidlik zirvəsinə ucalmazdan öncə yaxınları ilə telefon danışığı zamanı arzusunun kəndlərinə yol çəkilməsi olan şəhidin istəyi yerinə yetirilib.

Belə ki, video sosial şəbəkələrdə yayılan kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi dərhal Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-yə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verib. Hələ nəşi ailəsinə təhil verilməyən şəhidin yaşadığı kəndin yoluna asfalt qatı çəkilib.

Şəhid gizirin SON ARZUSU

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın