Yanvarın 8-də Ukrayna ilə Rusiya arasında növbəti hərbi əsir mübadiləsi baş tutub. 50 ukraynalı hərbçi eyni sayda rusiyalıya dəyişdirilib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak xəbər verib.

Əsirlikdən azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Hərbi Dəniz Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələrinin hərbçiləri var.

“33 zabit, 17 sıravi və çavuş. Biz Çernobıl AES-də əsir götürülmüş insanları, həmçinin Mariupolun müdafiəçilərini, eləcə də Donetsk istiqamətindən olanları, Baxmut, Kiyev, Çerniqov, Xersondan, habelə döyüşlərin davam etdiyi başqa bölgələrdən olanları geri qaytarırıq”, – Yermak sosial şəbəkə səhifəsində yazıb.

O vurğulayıb ki, bu, sonuncu mübadilə deyil, çünki Ukraynanın vəzifəsi bütün vətəndaşlarını qaytarmaqdır və bunu yerinə yetirəcək. Əsirlərin dəyişdirilməsi Əsirlərin Axtarışı və Azad Edilməsinin Əlaqələndirilməsi üzrə Birgə Mərkəz tərəfindən Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahının qərarına əməl etməsi nəticəsində baş tutduğu vurğulanıb.

Yada salaq ki, bundan öncə dekabrın 31-də Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi baş vermişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, 140 ukraynalı müdafiəçi evinə qayıdıb. Onların arasında Mariupol və İlan adasından olan hərbçilər də olub. Rusiya Müdafiə Nazirliyi isə 82 rusiyalı hərbi əsirin azad edildiyini bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın