2016-cı ildə Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilən Cənubi Azərbaycanlı iş adamı Rza Zarrab azadlığa buraxılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Türkiyə mediasında paylaşılan xəbərlərə görə, Florida ştatında “Next Level Performance Center” adlı şirkət açan biznesmen adını dəyişdirərək Aaron Qoldsmiz edib.

Bu ilin iyununda qurulan şirkət atları yarışlara hazırlayır. Mərkəzin reklamı ilə bağlı hazırlanan mətndə Madeleine Bendfeldt adlı şəxsin açıqlaması diqqət çəkib. O bildirib ki, iki ay öncə Almaniyadan çalışmaq üçün Aaronun yanına gəlib. İndi işindən razıdır.

Zarrab “20 ildir bu sektordayam, əvvəl yarışa pul qoyurdum. İndi isə at hazırlamağa başladıq. Allaha şükür, arxamda çox yaxşı komanda var” sözlərini söyləyib.

Qeyd edək ki, iş adamı 2011-ci ildə türkiyəli müğənni Ebru Gündeşlə evlənib. Onların bu nikahdan bir qızı var. Cütlük bu ilin mayında boşanıb. Rzanın Gündeşə Hadisə ilə xəyanət etdiyi iddia olunub.

Rza Zərrab 2016-cı ildə ABŞ-da həbs olunub, daha sonra ev dustaqlığına buraxılıb. İş adamının 2017-ci ildən azadlıqda olduğu deyilir. R.Zərrab hətta 2018-ci ildə Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib.

MƏNBƏAxsam.az
Öncəki xəbərİlon Maskın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər sistemi tikəcək
Sonrakı xəbərQırğızıstan Prezidenti Sadır Japarov: Supergüclərlə siçan-pişik oynaya bilmərik
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın