Britaniyanın futbol ulduzu, bir vaxtların əfsanəvi yarımmüdafiəçisi Devid Bekhem həyat yoldaşı Viktoriya ilə bir-birlərində qıcıq yaradan xasiyyətlərindən danışıb.
YALAN.info bildirir ki, Devidin sözlərinə görə, Viktoriya keçmiş futbolçunun boğazını öskürəklə təmizləmək vərdişini sevmir.
Bekhemə gəlincə isə o, xanımının pintiliyindən şikayət edib. “Mən çox təmizkaram, o isə yox. Mən səliqəliyəm, o deyil. O hərdən çimir”, – deyə futbolçu gülərək bildirib.
“İnsanlar həmişə geyimimə, saçıma, ya da döymələrimə Viktoriyanın təsir etdiyini düşünürlər, ancaq mən dəbi sevirəm”, – deyə Bekhem əlavə edib.
Yada salaq ki, “Mançester Yunayted”, “Real” və İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem 1999-cu ildən model və “Spice Girls” qrupunun üzvü Viktoriya ilə evlidir, cütlüyün üç oğlu və bir qızı var.