Nevada ştatının Klark adlı dairəsi İlon Maska (Elon Musk) məxsus olan Boring Company şirkətinin planına razılıq verib. Belə ki, şirkət Vegas Loop adlı tunellər sisteminin tikintisini planlaşdırır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, həmin tunellər üzrə isə 24 saat ərzində Tesla elektromobilləri hərəkət edəcəklər.

51 stansiyadan ibarət olacaq bu sistem toplam 47 km uzunluğa sahib olacaq tunelləri birləşdirəcək. Layihəni başlatmaq üçün şirkət yerli nizamlayıcı orqanlardan sadəcə olaraq bir sıra texniki icazələri əldə etməlidir.

Boring Company layihəsi faktiki olaraq metronun daha eksklüziv alternativini təklif edir. Belə ki, bu şirkətin tunnelərində qatarların əvəzinə avtopilot sistemli avtomobillər hərəkət edəcəklər.

Şirkətin prezidenti olan Steve Davisin sözlərinə əsasən Vegas Loop layihəsi bir neçə mərhələdə reallaşdırılacaq. İnşa ediləcək stansiyalar isə sürətlə istifadəyə veriləcəklər. Layihənin reallaşdırılmasının ilk 6 ayında şirkət 5-10 stansiyanı istifadəyə verməyi planlaşdırır. Daha sonra isə hər il 15-20 stansiya istifadəyə veriləcək.

Şirkət sözügedən layihəni 3 il boyunca bitirməyi hədəfləyib. Boring Company artıq dəfələrlə Vegas Loop sisteminin necə yüksək effektivliyə sahib olacağı ilə bağlı məlumat verib. Gözləntilərə görə bu sistem hər saat 57.000 sərnişini daşımaq imkanına sahib olacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın