Azərbaycan qrossmeysterlərindən Rauf Məmmədov klassik şahmatdan getdiyini açıqlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, Facebook səhifəsində bu qərarını belə açıqlayıb:

“Uzun düşüncələrdən və öz klassik partiyalarımı araşdırdıqdan sonra başa düşdüm ki, “klassika”da bulvar oyunçusu səviyyəsində çıxış edirəm. Ona görə də indi diqqətimi şahmatın rapid və blits növünə yönəldəcəyəm”.

Onu da vurğulayaq ki, Rauf Məmmədov Yunanıstanda keçirilən klublararası Avropa çempionatının sonuncu turunda üçüncü taxtada ağ fiqurlarla çexiyalı David Navaraya uduzub. O, həmin yarışın üçüncü taxtasında çıxış edən şahmatçılar arasında VIII, onun təmsil etdiyi “Odlar Yurdu” isə IX yeri tutub.

Öncəki xəbərAzərbaycanda Yeni Şirkətlər Ən Çox Hansı Sahələrdə Açılır?
Sonrakı xəbərAzərbaycanda Ən Çox Satılan Kitabların Siyahısı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın