Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 Dünya Çempionatında final görüşünə çıxıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, 57 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Bekbolot Mirzənəzər Uulu ilə üz-üzə gəlib.

Rəqibi üzərində 7:6 hesablı qələbə qazanan Rzazadə Dünya Çempionu olub.

65 kq-da yer alan Zirəddin Bayramov isə 3-cü yer uğrunda görüşdə bolqarıstanlı Stilyan İliyevə cəmi 1 dəqiqə 39 saniyə ərzində 10:0 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

GOLD FS – 57 kg: B. MYRZANAZAR U (KGZ) v. A. RZAZADE (AZE)
MƏNBƏUnited World Wrestling
Öncəki xəbərBakı-Sumqayıt elektrik sürət qatarını daşlayan yeniyetmələr saxlanıldı
Sonrakı xəbərBinali Yıldırım: Laçın dəhlizindən düzgün istifadə edilmir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın