Azərbaycanın Kəlbəcər rayonunda minalama işləri aparan 6 erməni əsgər ələ keçdi

Azərbaycan Ordusu Kəlbəcər istiqamətində dövlət sərhədimizi keçib, ərazilərimizdə minalama işlərini aparmağa çalışan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarını zərərsizləşdirdi.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına görə diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və başqa təxribat əməllərini aparmağa çalışıb.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qruplardan biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və başqa keçid yollarında minalama işləri həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, toplamda 6 nəfər silahsızlaşdırılaraq saxlanılıb. Kəşfiyyat-diversiya qruplarının saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Qalan erməni hərbi qulluqçuları Azərbaycan torpaqlarından dərhal çıxaraq geriyə çəkiliblər. İndi bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Ermənistan MN 6 erməni döyüşçünün zərərsizləşdirildiyini təsdiqlədi

Ermənistan Müdafiə Nazirliyi altı erməni diversant-terrorçunun zərərsizləşdirilməsi faktını təsdiqləyib. Qurum mayın 27-si səhər saatlarında sərhədyanı bölgədə erməni hərbçilərin guya “mühəndis işləri” apararkən saxlandığını bildirib.

“Sputnik Ermənistan” Azərbaycan Ordusunun silahsızlaşdıraraq saxladığı erməni diversantların adlarını yayımlayıb. Onlar A.N.Abqaryan, İ.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan və V.O.Rafaelyandır.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir