Azərbaycan milli komandası bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasının II dövrəsinə qələbə ilə başlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan millisi IV turda Bolqarıstanı qəbul edib.

Qrupda son ev qarşılaşması yığmamız üçün xüsusi əhəmiyyətli idi. Çünki komandamız səfərdəki 1:3 hesablı məğlubiyyətin revanşını ala bilməsə, liderlik şansından, demək olar ki, çəkiləcəkdi. Bu da voleybolçularımıza növbəti mərhələyə keçmək yolunda böyük əngəl ola bilərdi.

Ancaq Faiq Qarayevin yetirmələri buna imkan verməyib. Rəqibi qarşısında üstün oyun sərgiləyən komandamız 3:1 hesablı qələbə ilə səfərdəki məğlubiyyətin revanşını alıb.

Onu da deyək ki, qrupdakı başqa oyunda Ukrayna Portuqaliyaya qalib gəlib – 3-1.

Qızıl Avropa Liqası: A qrupu

IV tur. Azərbaycan – Bolqarıstan – 3:1 (25:20, 23:25, 25:21, 25:21)

Öncəki xəbərABŞ Prezidenti Donald Tramp İlham Əliyevə məktub göndərib
Sonrakı xəbərRusiyanın tanınmış jurnalisti: Ermənistandakı çevrilişin arxasında ABŞ və İsrail durur
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın