Ukraynadakı duruma görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək.

YALAN.info bildirir ki, bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero bildirib.

“Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı durumun təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq”, – Torero bildirib. Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Onu da bildirək ki, “Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri yardım üçün ərzaq banklarına müraciət edib: “Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər çox deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın