Azərbaycanın Tel-Əvivdə (İsrail) keçirilən Eurovision Song Contest 2019 (ESC2019) mahnı yarışmasında təmsil edən Çingiz Mustafayev yarışın final mərhələsinə çıxış əldə edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ç.Mustafayev ikinci yarımfinal mərhələsində 18 nömrə altında “Truth” mahnısını oxuyub.

Chingiz – Truth – Azerbaijan – LIVE – Second Semi-Final – Eurovision 2019

Finala çıxış qazanan 10 ölkə arasında Azərbaycanla yanaşı Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniyanın da adı var. Ermənistan təmsilçisi ilə birlikdə 8 ölkə finala çıxa bilməyib.

Öncəki xəbərArsenal erməni futbolçusunu Baku 2019–UEFA Avropa Liqasının Finalına gətirməyəcək
Sonrakı xəbərQəbələ FK Tarixində İlk Dəfə Azərbaycan Kubokunu Qazandı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın