Azərbaycan Pakistandan “JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov deyib.

O, söhbətin “Block 3” modifikasiyasından getdiyini vurğulayıb.

Hərbi attaşe Azərbaycanın öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib.

“Pakistandan “JF-17 Thunder” qırıcılarının alınması ikitərəfli hərbi əməkdaşlıq sahəsində gündəlikdə duran əsas məsələdir”, – deyə M.Novruzov əlavə edib.

Qeyd edək ki, “Block 3” əvvəlki “JF-17”lərlə müqayisədə kabinənin elektronikasının və radar sistemlərinin modernizasiyası ilə seçilir.

Öncəki xəbərNeyrocərrah Azər Zeynalov: Müharibə vaxtı gündə 120-dən artıq yaralı qəbul edirdik
Sonrakı xəbərBMT-nin baş katibi Antoniu Quterreş təbiətə ayaqyolu kimi yanaşmamağa çağırdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın