“İnsan deyə bilməz ki, ömrümün axırına kimi bir insana sadiq olacam. Başqalarını bilmirəm, ancaq bir şəxs ikinci dəfə həyatıma qayıda bilməz. Bitirsə, gedir. İki insan arasında elə hisslər yaşanır ki, ayrılanda səbəbi olur.

Unudub, yenidən başlaya bilmirsən. Elə səbəblər var ki, geri dönüşü olmaz. Həyatıma qayıdan olub, amma məndə alınmayıb. Onun sevgisinə ürəyim də ağrıyıb, bir şans verməyə çalışmışam, amma alınmayıb”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın” proqramında deyib. Sevgidən danışan müğənni etiraflar edib. O bildirib ki, həyatına girən kişiləri dəli kimi sevib:

“Sevəndə dəli kimi sevirəm. Hər şeyə qadir oluram. Sevdiyim insan üçün risklər edə bilərəm, etmişəm də. İllərə nəzər yetirsəniz sevgililərim haqda hər zaman danışmışam. Heç vaxt gizlətməmişəm.

Elə duyğulardır ki, istəyirsən hər kəslə bölüşəsən. Kim həyatımda olubsa, hər birini sevmişəm. Sevgisiz münasibət ola bilməz. Hər kəsi böyük məhəbbətlə sevmişəm. İndi həyatımda ancaq sənətə sevgi var. Mənə xəyanət etməyən sevgidir”.

Aygun Kazimova – Sevdim (Official Video)
Öncəki xəbərErmənistanda Qarabağ müharibəsinə görə 200-ə yaxın hərbçi saxlanıldı
Sonrakı xəbərPrezident İlham Əliyev ATƏT-in sədri Ann Lindenlə görüşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın