Avropa Birliyi (AB) İran İslam Respublikasına qarşı yeni sanksiyalar paketini təsdiqlədi

YALAN.info bildirir ki, bununla bağlı qərar bu gün Brüsseldə xarici işlər nazirlərinin iştirakı ilə keçirilən AB Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunub.

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, bu sanksiyalarla Avropa Birliyi Tehrandakı İran rejiminə yeni, birmənalı siqnal göndərir: “İnsan haqları bölünməzdir. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının güc dairəsinə və onun maliyyələşməsinə təsir edən növbəti sanksiyalar paketini yenicə qəbul etdik. Və 16 dövlətlə birgə biz İranda baş verən cinayətləri BMT İnsan Haqları Şurasının gündəliyinə salmağı bacardıq.

Nə Tehranda, nə Məşhəddə, nə də İsfahanda heç kim törədəcəyi cinayətlərin nəticəsiz qalacağına inanmamalıdır. Avropa və dünya baş verənləri izləyir, biz izləməyə davam edəcəyik və daha çox sanksiya siyahı hazırlayacağıq”, – deyə, Annalena Berbok bildirib.

KİMAzad İran
MƏNBƏTelegram
Öncəki xəbərTürkiyə daxili işlər naziri Süleyman Soylu: ABŞ-nin başsağlığını qəbul etmirik
Sonrakı xəbərPakistan-Əfqanıstan sərhədində atışmada ölən və yaralılar var
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın