Avropa Birliyi (AB) Azərbaycanla qaz alışı da daxil olmaqla yeni tərəfdaşlıq müqaviləsi bağlamaq və Qarabağdakı nizamlanmada iştirak etmək istəyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrel (Josep Borrell) AB-Azərbaycan Tərəfdaşlıq Şurasının toplantısının nəticələri ilə bağlı açıqlamasında deyib.

“AB Azərbaycanla demokratiya, insan haqları və fundamental azadlıqlara hörmətə əsaslanan iddialı və hərtərəfli yeni əməkdaşlıq müqaviləsi bağlamaq istəyir. Bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və ticarət əlaqələrimizin, tərəfdaşlığımızın ən geniş şəkildə inkişafına da yardım edəcək. AB ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq şəraitində Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini dəstəkləməyə və formalaşdırmağa da hazırdır”, – Borrel bildirib.

Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də AB-nin Azərbaycanla qaz sahəsində əməkdaşlığın inkişafına marağını vurğulayıb. Brüsselin Azərbaycandan bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə ilk qaz tədarükünü gözlədiyini yada salıb və qurumun bu qaz nəqli layihəsinin Qərbi Balkanlara qədər uzadılması imkanlarını araşdırdığını vurğulayıb.

Öncəki xəbərKütləvi yoluxma və zədəlilərin çoxluğu Qarabağ FK-na texniki məğlubiyyət gətirdi
Sonrakı xəbərTanınmış müğənni və dizayner Viktoriya Bekhem Qılınc balığından zəhərlənib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın