Getdikcə etikanın azalması, genişlənən internet sahəsi, düşüncəsiz sosial media istifadəsi, artan məlumat çirkliliyi və yayılan yalan xəbərlər Avropa Birliyinin (AB) gündəminə çıxarılıb.

Birliyin nəzdində yalan xəbər və internet mühitindəki yanlış məlumatlarla mübarizə aparmaq üçün 2017-ci ilin noyabr ayında yaradılan Yalan İnformasiyalarla bağlı Yüksək Səviyyəli Ekspert Qrupunun toplantısı olub.

Toplantıya AB Komissiyasının Rəqəmsal İqtisadiyyat və Sosial Mühit bölümünün məsul üzvü Mariya Qabriel (Mariya Gabriel) də qoşulub.

Toplantıdan sonra mətbuat konfransında M.Qabriel mövzuyla bağlı deyib: “Ekspert qrupumuz yalan xəbərin tərifi üzərində işləməyə və sanksiyaların nə olacağını müəyyənləşdirməyə davam edəcəkdir… Söz azadlığını tam dəstəyir, ancaq yalan xəbərlə mübarizə aparırıq. Avropa Birliyinin yaratdığı Yalan İnformasiyalarla bağlı Yüksək Səviyyəli Ekspert Qrupunda alim, qeyri-hökumət qurumları və mətbuat nümayəndələri yer alır.”

Öncəki xəbərYPG Kürd Terrorçuları Rusiyanı Satqınlıqda Günahlandırıb
Sonrakı xəbərRasim Musabəyov Ermənistan Hökumətinin Yalanının Üstünü Açdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın