Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın Baş nazir təyin edilməsi ilə bağlı fərman imzalayıb.  

Bununla bağlı YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı məlumat yayıb. Yada salaq ki, bundan öncə Ermənistan parlamenti üzvlərinin çoxu Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürmüşdü.

Ermənistan Konstitusiyasına uyğun olaraq, ölkə prezidenti yeni parlament səlahiyyətlərini yerinə yetirməyə başlayandan dərhal sonra Baş nazir postuna çoxluğun nümayəndəsini təyin edir. Nazirlər Kabineti isə Baş nazir təyinatından sonra 15 gün boyunca formalaşır. Hökumət başçısı 20 gün içində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.

Bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 29 deputat, yenə keçmiş prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” bloku 7 deputatla parlamentdə təmsil olunurlar.

Öncəki xəbərTürkiyədə meşə yanğınları: 119 yanğın nöqtəsi nəzarət altına alınıb
Sonrakı xəbərEldəniz Səlimovun deputat toxunulmazlığına xitam veriləndən sonra həbs olundu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın