“Türkiyə Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi olmağa hazırdır”.

YALAN.info bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti Ukrayna lideri Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreşlə danışıqlardan sonra Ukrayna ilə Rusiya arasında müharibənin danışıqlar masası arxasında bitəcəyinə əmin olduğunu bildirib: “İnanıram ki, müharibə danışıqlar masası arxasında başa çatacaq”.

“Ukrayna Prezidenti və BMT-nin baş katibi ilə üçtərəfli danışıqlarda toplaşmağımızın başlıca məqamı müharibəni necə bitirə biləcəyimiz məsələsi olub. Bir ay öncə, biz – BMT, Ukrayna, Rusiya və Türkiyə müştərək tarixi işi sərgilədik. Təkcə Ukrayna deyil, bütün dünya taxılın Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracını mümkün edən İstanbul anlaşmasının müsbət təsirlərini duymağa başladı”, – Ərdoğan bildirib.

“Ukraynadakı müharibənin danışıqlar masası arxasında bitəcəyinə inanıram. Əsas problem danışıqlar masasına aparacaq ən qısa yolun müəyyən edilməsidir”, – Ərdoğan diqqətə çatdırıb. Türkiyə lideri həm Ukrayna Prezidentinin, həm də BMT baş katibinin onunla həmfikir olduğunu bildirib. Ərdoğan həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət diplomatik prosesi canlandırmaq üçün daha çox məsuliyyət götürməlidir.

Ərdoğan: “Biz yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

“Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə üçtərəfli zirvə görüşündən sonrakı birgə mətbuat konfransında deyib.

Ərdoğan Zelenskinin dəvəti ilə Lvovda olmaqdan məmnunluğunu bildirib. Zelenski ilə ikitərəfli görüşdə ölkələr arasında strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrin bütün aspektlərini dəyərləndirdiklərini vurğulayan Ərdoğan mövcud şərtlərdə əməkdaşlığı və həmrəyliyi yaxşılaşdırmaq imkanlarını müzakirə etdiklərini bildirib.

“Təbii ki, təxminən 6 aya yaxın davam edən müharibə danışıqlarımızın əsas mövzusu oldu. Bu münasibətlə onun bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha vurğuladım”, – Türkiyə lideri vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın