“Monitorinqlərimizin nəticələri göstərir ki, işğaldan azad olunmuş ərazilərdə 95 %-ə yaxın tarix-mədəniyyət abidələri dağıdılmış vəziyyətdədir.”

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov deyib.

Nazirin sözlərinə görə, indi monitorinq işləri davam edir: “Bildiyiniz kimi, ötən il cənab prezident İlham Əliyev tərəfindən işğaldan azad olunan ərazilərdə monitorinqlərin aparılmasına dair sərəncam imzalanıb. Nazirliyimiz tərəfindən nümayəndələrimiz həmin ərazilərə göndərilib.

Ötən ilin noyabrından etibarən 400-dən çox tarix-mədəniyyət abidələri aşkar edilib. 150-yə yaxın yeni aşkar edilmiş abidələr var. O abidələr ki, onların adı reyestrdə yox idi. Eyni zamanda 800-dən çox mədəniyyət müəssisələri aşkar edilib. Hələ də monitorinqlər davam edir. Çünki elə ərazilər var ki, bizim nümayəndələr gedib çıxa bilməyib.

O, bütün çətinliklərə baxmayaraq Ermənistan tərəfinin məsuliyyətə cəlb edilməsi üçün çalışacağını bildirib: “Burada həm mina, həm də ərazi, landşaft çətinlikləri var. Ancaq bu iş davam etdirilir. Təbii ki, monitorinqlər bitəndən sonra biz nəticələri beynəlxalq təşkilatlara göndərəcəyik. Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik. Dağıdılan abidələr göstərir ki, bu, hərbi cinayətdir. Bu, bəşəriyyətə qarşı cinayətdir.”

Anar Kərimov: “Ermənistan tərəfinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edəcəyik”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın