35 yaşlı aktrisa Lindsay Lohan 34 yaşlı maliyyəçi və Dubaydan olan sevgilisi Bader Şammasomla nişanlanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, xarici mediada yayımlanan məlumata görə, aktrisa birlikdə olan fotolarını sosial şəbəkədə paylaşaraq barmağındakı üzüyü göstərib.

“Mənim sevgilim, həyatım, ailəm və gələcəyim” deyə, Lohan paylaşımına açıqlama yazıb.

Bader şou-biznesə uzaq adamdır və Instaqramda bağlı profil işlədir. O, Lindsi ilə 2020-ci ilin əvvəllərindən görüşür. Aktrisanın yaxınlarının dediyinə görə, o, varlı insanların bank hesablarını idarə edir. İndi Dubayda çalışan maliyyəçi bundan əvvəl Birləşmiş Ərəb Əmirliyində və Kuveytdə bir çox banklarda işləyib.

Aktrisaya yaxın mənbə bildirib ki, onlar artıq toy planlaşdırmasına başlayıblar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın