Əfsanəvi ABBA qrupunın yeni “Voyage” albomu dörd il ərzində ən çox satılan albom olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, məşhur İsveç qrupunun yeni albomu satışa çıxarıldıqdan 6 gün sonra 182 min nüsxəsi satılıb.

“Biz çox şadıq ki, pərəstişkarlarımız bizim yeni albomumuzu hazırlamaqdan həzz aldığımız qədər həzz aldılar. Yenidən hit-paradların zirvəsində bir albomumuz olduğu üçün tamamilə göylərdə uçuruq.”, – deyə qrup üzvləri bildiriblər.

Cümə günü ABBA-nın solisti Anni-Frid Lyngstad yenidən bir araya gəlmələri ilə bağlı ilk müsahibəsində BBC-yə onların geri dönüş albomunun sonuncu olmasına “çox əmin olmayın” dedi. Gələcək layihələrin perspektivi haqqında BBC Radio 2-də Zoe Ball-a cavabı “Mən heç vaxt heç vaxt deməməyi öyrəndim” oldu.

Qeyd edək ki, İsveçin məşhur ABBA qrupu dağılmasından 40 il sonra ilk albomu olan “Voyage”ni təqdim edib.

ABBA – Voyage (The Story Behind The Album)
MƏNBƏBBC
Öncəki xəbərPrezident Bəşər Əsəd İran generalını Suriyadan qovdu
Sonrakı xəbərDeputat: Azərbaycan ərazisində rus əsgərinə heykəl qoymaq hörmətsizlikdir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın