Gürcüstan əsilli ABŞ vətəndaşı şahmatçı Nazi Paikidze-Barns İran İslam Respublikasında keçiriləcək Dünya Çempionatına qoşulmaqdan boyun qaçırıb.

Nazi Paikidze bu addımını İranda qadın haqlarınıən tapdandığına görə atdığını deyib: “Heç kəs məni hicab geyinməyə məcbur edə bilməz!”

O, Instagramda paylaşdığı yazıda bildirir ki, Şahmat üzrə Qadınlar arasında Dünya Çempionatının İran İslam Respublikasında keçirilməsi qəbuledilməzdir, çünki bu ölkədə qadınların adi hüquqları qorunmur, qadınlar ikinci dərəcəli vətəndaşlar hesab edilir.

Nazi Paikidze Dünya Çempinatına qoşulmamasının onun karyerasına pis təsir edəcəyini boynuna alır. Beynəlxalq Şahmat İdarəetmə Qurumunda Qadınlar Komitəsinin başçısı Susan Polgar onun sosial şəbəkələrdə deyil, FIDE-yə bildirməsini tələb edib. İki qadın şahmatçı arasında Twitterdə gərgin mübahisələr olub.

İnformasiyaya görə, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu il oktyabrın əvvəlində qadınlar arasında şahmat üzrə Dünya Çempionatının 2017-ci ilin fevralında Tehranda keçiriləcəyini elan edib.

Məlumata əsasən, FIDE qadınlara İrandakı qaydalara əməl edəcəkləri ilə bağlı bildiriş edib. Xəbərdarlığa görə, şahmatçı qadınlar İranda olduqları müddətdə başlarını örtməlidirlər.

Xəbərdə bundan qərbdəki bir çox idmançı hiddətlənsə də yalnız Nazi Paikidze yarışda işçtirakdan inmtina etdiyini bildirib.

Gürcüstan əsilli şahmatçının 16 min nəfər dəstəkləyərək, imza toplayıb. Onlar bildirib ki, bununla İran Dünya Çempionatının baza prinsipini pozur.

İnformasiyada bildirilib ki, dünyanın bir çox tanınmış şahmatçısı FIDE-yə müraciət edərək, qərarını dəyişməsini və birinciliyin başqa ölkədə keçirilməsinin tələb ediblər.

Qeyd edək ki, Nazi Paikidze-Barns 1993-cü ildə Rusiyanın İrkutsk şəhərində anadan olub. Nazinin 4 yaşı olanda o, ailəsi ilə birlikdə Tiflisə (Tbilisi) köçüb. O, 6 yaşında olarkən peşəkar məşqçidən təlim almağa başlayıb. 2003-cü ildə Gürcüstanı təmsil edən şahmatçı ilk beynəlxalq turnirin qalibi olub. 18 yaşında ABŞ-ə gedib və orada Merilend Universitetinə daxil olub. 2012-ci ilə şahmat üzrə tələbələrin yığma komandasında çıxış edib. Onlarla uğurlu çıxışdan sonra o ABŞ-ın milli komandasında çıxış etməyə başlayır.

Paikidze yeniyetmələr arasında iki dəfə dünya, 4 dəfə Avropa çempionu olub.

Məlumata əsasən, Nazi hazırda amerikialı mühəndis əri Qreqor Barnsla birlikdə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində yaşayır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın