ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Şəhidlər Xiyabanını ziyarət edib.

YALAN.info bildirir ki, bununla bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, K.Donfrid Şəhidlər Xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad edib: “İnancları uğrunda canlarını fəda edən bütün insanları yad edir, münaqişə nəticəsində yaxınlarını itirən ailələlərə və dostlarını itirən insanlara başsağlığı veririk”.

Bildirək ki, Karen Donfrid iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. Dövlət katibinin köməkçisi hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini vurğulayacaq. O, həmçinin ABŞ-ın bütün regionda siyasi, iqtisadi və insanlar arasında əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək etməyə hazır olduğunu qeyd edəcək.

Onu da yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib. Karen Donfrid ABŞ dövlət katibi Entoni Blinkinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Görüşdə əlaqələrimizin gündəliyinin geniş olduğu qeyd edilib, onun enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, postmünaqişə dövrü, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və başqa məsələləri əhatə etdiyi bildirilib.

Öncəki xəbərPaşinyan: Köçəryan və Sarkisyan Qarabağı Azərbaycanın bir parçası kimi tanıyıb
Sonrakı xəbərPrezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılışında çıxış etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın