Cənubi Koreya, ABŞ və Yaponiya xarici işlər nazirlərinin müavinləri Şimali Koreyada mümkün nüvə sınağı ilə bağlı narahatlıqlar fonunda dünyada və regionda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar.

YALAN.info bildirir ki, oktyabrın 26-da Tokioda Cənubi Koreyanın xarici işlər nazirinin birinci müavini Ço Hen Don amerikalı və yaponiyalı həmkarları Uendi Şerman və Takeo Mori ilə üçtərəfli görüş keçirib.

Diplomatlar “Şimali Koreyadan gələn təhdidlərə qarşı mübarizə” yollarını müzakirə ediblər. Görüş Şimali Koreya lideri Kim Çen Inın tezliklə növbəti nüvə sınağı keçirə biləcəyi və əlavə təxribatlar törədə biləcəyi ilə bağlı ehtimallar fonunda keçirilib.

Birləşmiş Ştatlar Şimali Koreyanı yeni nüvə sınaqları olacağı təqdirdə nəticələrlə hədələyib.

MƏNBƏYonhap News Agency
Öncəki xəbərİsrail prezidenti ABŞ-a İran PUA-larının Ukraynada istifadəsinə dair sübut təqdim edəcək
Sonrakı xəbərJurnalist Kseniya Sobçak Rusiyadan qaçdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın