“Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentləri üç ölkənin energetika nazirlərinin görüşündən sonra yeni sammit keçirəcək və türkmən qazının Avropaya ixracı ilə bağlı yol xəritəsini qərarlaşdıracaqlar”.

YALAN.info bildirir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya daşınması məsələsi ötən həftə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə müzakirə olunub.

“Biz üç ölkə tərəfindən belə bir addımın atılmasının mümkünlüyünü müzakirə etdik. Dedik ki, “niyə də olmasın?” və uyğun göstərişlər verdik. Türkiyənin energetika nazirinə onun komandası ilə birlikdə Azərbaycan və Türkmənistandan olan həmkarları ilə ilkin işlərin aparılması tapşırılıb. Bu işlərdən sonra biz üç dövlətin lideri olaraq yeni görüş keçirəcəyik və ümid edirəm ki, yol xəritəsinin nədən ibarət olacağına qərar verəcəyik. Təbii qazın Türkmənistandan, xüsusən də Azərbaycan vasitəsilə ölkəmizə çatdırılması səylərimizi asanlaşdıracaq”.

O qeyd edib ki, enerji mərkəzinin yaradılması mövzusu uzun müddətdir ki, Türkiyənin gündəmində olub: “Biz bu məsələni hörmətli Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etmişik. O, Türkiyəni Avropaya təbii qaz tədarük edə biləcəyi bir mərkəz kimi qəbul edib. Həm də qazın nəinki təchizatı, həm də qiymətini müəyyənləşdirə biləcəyik. Biz bununla razılaşdıq”.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərArgentina millisi Messi ilə 3-cü dəfə futbol üzrə Dünya Çempionu oldu
Sonrakı xəbərİran Əxlaq Polisinin tutduğu məktəbli qız cinsi təcavüzlə öldürüldü, anası yoxa çıxdı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın