Ərdoğan ABŞ-ı PKK, YPG və PYD terrorçularını dəstəkləməkdə günahlandırdı

“ABŞ-ın bir açıqlaması var. Bəs siz terrorçuların tərəfində deyildiniz, bəs PKK-nın, YPG-nin, PYD-nin yanında yer almırdınız?! Yanındasınız və arxasındasınız. Təəssüf ki, bunu ən öncədən görürük”.

YALAN.info Onlayn Xəbərlər və İnformasuya Saytı bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan AKP-nin Rizə Əyalət Konqresində çıxışı zamanı deyib.

Dövlət başçısının dediyi kimi, Şimali İraqa minlərlə yük maşını tank, minlərlə maşın silah-sursat gətirilib və terrorçulara verilib:

“Bu terrorçularla bizim təhlükəsizlik güclərimiz də orada mübarizə aparıb. Əgər biz sizinlə NATO-da birlikdəyiksə, əgər sizinlə dünyada, NATO-da bu birliyi davam etdirəcəyiksə, bizə qarşı səmimi olmalısınız.

Terrorçuların yanında yer almayacaqsınız. Türkiyə Silahlı Qüvvələrinin dünyanın ən çətin coğrafiyalarından birində həyata keçirdiyi əməliyyatda şəhidlərimizin qanı yerdə qalmayıb, 51-i ölü olmaqla, 53 terrorçu zərərsizləşdirilib”.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyi İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşının öldürülməsi ilə bağlı açıqlama yaymışdı. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada Türkiyənin uyğun qurumlarının məlumatları şübhə altına alınıb. Açıqlamada “əgər türkiyəli mülki şəxslərin öldürülməsi PKK terror təşkilatı tərəfindən həyata keçirildiyi xəbərləri öz təsdiqini taparsa, bunu ən sərt şəkildə pisləyəcəyik”, – sözləri yer alıb.

Buna görə də ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild Xarici İşlər Nazirliyinə çağırılmışdı.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir